<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>199</hymn_number>
<lyrics>[V1]
 Aç Sən mənim gözlərimi, Göylərin sirrini görsün,
 Möcüzəli açarın ver, qoy mənə azadlıq versin.

[C1]
   Susaraq gözləyirəm gəl,
   Cavab ver, aç iradəni.
   İşıqlandır gözlərimi,
   Müqəddəs Ruh, Müqəddəs Ruh.

[V2]
 Açılsın qoy qulaqlarım, Həqiqəti eşitməkçün,
 Eşitdiyim olsun yalnız Sənin əbədi sözlərin.

[C2]
   Gözləyirəm özün danış,
   Dünyanın səsləri sussun.
   Yalnız Səni eşidim mən,
   Müqəddəs Ruh, Müqəddəs Ruh.

[V3]
 Aç dilimi, qoy danışsın Sənin möcüzələrindən,
 Aç ürəyimi, qoy dolsun Göydən gələn lütfün ilə.

[C3]
   Səni gözləyirəm, tez gəl,
   Aç mənə güc mənbəyini.
   Yaşa məndə qüdrətinlə,
   Müqəddəs Ruh, Müqəddəs Ruh.</lyrics>
<title>Aç Sən mənim gözlərimi İL199</title>
</song>